404 Error - page not found
We're sorry, but the page you are looking for doesn't exist.
You can go to the homepage

OUR LATEST POSTS

zirve-liseyi1

Məktəb hamımızın həyəcanla ayaq basdığı, müəllimin verdiyi tapşırığı yaxşı yerinə yetirməmək qorxusunu yaşadığımız, ömürboyu xoş hisslərlə yada salacağımız, öz uşaqlarımıza, nəvələrimizə danışdığımız xatirələrlə dolu məkandır. Xüsusilə də, ilk bilik günündə insanlar daha emosional olurlar. İstər uşaqlar, istər vaildeynlər, istərsə də müəllim heyəti.

Bu gün də belə oldu. Yüzə yaxın məktəbli ilk dəfə “Zirvə” Liseyinə qədəm qoydu. 2014–2015-ci tədris ilindən başlayaraq Respublikada ilk dəfə texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə faəliyyət göstərməsi planlaşdırılan bu liseyin açılışı da bu gün keçirildi.

Tədbirdə ilk öncə ulu öndər, məhrum prezident Heydər Əliyevin heykəlinin önünə gül qoyuldu. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndi. Ardından liseyin direktoru Əmirastan Nəbiyev məktəblilərə ruh yüksəkliyi verən, dərslərə həvəsləndirəcək nitq söylədi.

“Zirvə İdman Kompleksi” MMC-nin direktoru və “Zirvə” Liseyinin təsisçisi Ruslan Xanverdiyevin adından onun müavini Rəşad Əliyev də çıxış etdi. O, tədbir iştirakçılarını salamlayandan sonra bu fikirləri səsləndirdi: “Məndən əvvəl Əmiraslan müəllim gözəl təbriklər səsləndirdi. Öz növbəmdə bu təbriklərə qoşuluram. Əziz şagirdlər, bu gün həyatınızda yeni başlanğıc günüdür. Mən də Sizin bu həyəcanınıza qoşuluram. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idman və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində yeni-yeni təlim-tədris mərkəzləri inşa olunur. Bu gün biz dә yeni bir liseyin açılışına toplaşmışıq. “Zirvə” Liseyimiz tək maddi-texniki bazası ilə deyil, həm də idman təmayüllü olması ilə digәrlәrindәn fərqlənməkdədir.

Burada gimnastika, cüdo və ağırlıqqaldırma istiqamətləri üzrə ixtisaslaşma mövcuddur. Əziz valideynlər, әmin olun ki, müasir avadanlıqlarla təchiz olunmuş liseyimizdə peşəkar müəllim kollektivi övladlarınızın qayğısına qalacaq, onlara öz biliklərini əsirgəməyəcəkdir. Sözümü bitirməzdən əvvəl Ümumilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını bir daha xatırladıb, bizim gәlәcәyimiz olan şagirdlәri vә hər birinizi ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ilinizin uğurlu olmasını arzulayıram. Həm “Bilik Günü”müz, həm də yeni “Zirvə” Liseyimiz mübarək olsun” deyirəm”.

Bu nitqdən sonra 1-ci siniflər müxtəlif dillərdə şeirlər dedilər. Liseyin ərsəyə gəlməsində əməyi olan sıravi zəhmətkeşlər də yaddan çıxmadı və onlara “Fəxri fərman”larla təltif olundular. Daha sonra ilk zəng çalındı və dərslər başladı!

Həm rus həm də azərbaycan bölmələri olan liseyimizdə ən müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, müxtəlif dərs və kompüter otaqları, metodbirləşmələr və hərbi kabinet vardır. Bununla yanaşı, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortu fəaliyyət göstərir. Şagirdlərin liseyə gəlməsi üçün xüsusi avtobus servisi xidmətdədir. Liseydə 150 yerlik yeməkxana mövcuddur. Şagirdlər nahar yeməyi ilə təmin olunacaq və nahardan sonra müəllim nəzarəti altında ev tapşırıqlarını yerinə yetirəcəklər. Təhsil ocağında internetlə təmin edilmiş lokal şəbəkə mövcuddur. Liseyə nəzarət mərkəzləşdirilmiş kamera sisteminə qoşulmuş monitor vasitəsilə həyata keçirilir. Bununla yanaşı, məktəbimizdə xüsusi mühafizə xidməti fəaliyyət göstərir.

Bir sözlə, burada uşaqlarımızın yaxşı təhsil alması, gələcəyin layiqli vətəndaşı kimi yetişməsi üçün hər şərait vardır. “AAAF Park Yaşayış Kompleksi” və “AAAF İnşaat” MMC-nin rəhbərliyi, həmçinin bu məkanın qısa müddət ərzində fəaliyyətə başlamasını təmin edən hər bir şəxsin çəkdiyi böyük əziyyəti gələcək illərdə öz bəhrəsini verəcəkdir.

Hər birinizi “Bilik günü” münasibətilə təbrik edir, böyük uğur və müvəffəqiyyətlər qazanmağınızı arzu edirik!

 

1ci-yer

Oktyabrın əvvəlindən etibarən “Zirvə” İdman Klubunun növbəti klub yarışları başlayır. 6 ölkədə keçiriləcək çempionatların nəticələri seçmə xarakter daşıyacaqdır. Yəni bu yarışlarda qeydə alınacaq nəticələrə əsasən, ilin sonundakı final turnirinin iştirakçıları müəyyən ediləcəkdir.

Bu səbəbdən də klubumuzun idarə heyətinin qəbul etdiyi daha bir qərar vacib əhəmiyyət daşıyır. Belə ki, bundan sonra bütün klub (zona) yarışlarında veteran atletlərin iştirakına icazə veriləcəkdir. Onların nəticələri nəzərə alınacaq, ən yaxşı 12 nəfər final mərhələsində iştirak etmək hüququ qazanacaqdır. Klub reytinqlərinin son sıralamasında da veteran atletlərin nəticələri nəzərə alınacaq.

stn

“Zirvə” İdman Klubunun növbəti seçmə yarışları yaxınlaşır. Artıq oktyabrın ortalarından etibarən 6 ölkədə köhnə adı ilə zona yarışları, yeni adı ilə klubların daxili birincilikləri başlayacaqdır. Yarışların konkret keçirilmə vaxtı və yeri haqda sizə məlumat veriləcəkdir. Ancaq daha bir vacib məqam vardır ki, klubuzum rəhbərliyi onu sizin diqqətinizə çatdırmaq qərarına gəlib.

Bu yarışlardan etibarən aşağı yaş qruplarında çıxış edən idmançıların ilk sifariş verdiyi çəkilərin minimum həddi müəyyən edilmişdir. Yəni bugündən etibarən müəyyən yaşda olan idmançı birdən və təkanla qaldırmada bundan az çəki sifarişi ilə yarışa buraxılmayacaq. Məsələn, 2003-cü ildə anadan olan idmançı ilk yanaşmasında birdən qaldırmada minimum 11 kq, təkanla qaldırmada isə 14 kq sifariş verməlidir. Bundan az çəki ilə ona yarışa qatılmaq icazəsi verilməyəcəkdir.

Tam siyahı aşağıdakı kimidir:

Təvəllüdü Birdən qaldırma Təkanla qaldırma
2001-ci il 15 kq 18 kq
2002-ci il 11 kq 14 kq
2003-cü il 11 kq 14 kq
2004-cü il 8 kq 11 kq
2005-ci il 8 kq 11 kq
2006-cı il 8 kq 11 kq

z1

Türkiyə Respublikasının 12-ci Prezidenti Recep Tayyip Erdoğan avqustun 30-da ilk rəsmi qəbulunu təşkil edib. “Çankaya Köşkü”ndə baş tutan və “Zəfər Bayramı”na həsr olunan mərasimdə geniş sayda qonaqlar iştirak edib. Qəbulda Türkiyə dövlətinin aparıcı siyasətçiləri, hərbçiləri, sənət və iş adamlar, həmçinin idmançılar da olublar.

Sevindirici haldır ki, bu təntənəli mərasimdə “Zirvə” İK-nun da nümayəndələri iştirak ediblər. Türkiyənin Ankara şəhərindəki “Tuzgölü-Zirvə”nin qadın ağır atletlərindən Gamze Yayla və Elif Ünal 2014-cü il Yeniyetmələr arasında Avropa gümüş medalçıları olduqlarından dəvət ediliblər. Prezident Tayyip Erdoğan və xanımı Emine Erdoğan bütün qonaqları bir-bir qarşılayıb görüşərək onlara hörmətini nümayiş etdirmişlər. “Zirve İnternational Sport Clubs”ın nümayəndələri olan Gamze və Elifin də qəbulda olması bizim üçün fəxrdir. Klubuzumun son Dünya Çempionatında da uğurla iştirak edən idmançıların belə yüksək səviyyədə tanıtımı xoş təəssüratlar yaradır və digər gənclərimizə də nümunədir.

Türkiyəli idmançılarımızı və onların bu uğuru qazanmasında əməyi olan məşqçilərini təbrik edir, qələbələrin davamının gəlməsini arzulayırıq.

10419533_10152711551618685_2900835600941955474_n

10599323_10152711552228685_1336743785660709843_n

10606326_10152711551883685_754298364773452976_n

10629600_10152711594693685_1322455598301697825_n

10653856_10152711552593685_7487436129041002754_n

20140903_183132

“Zirve İnternational Sport Clubs” Moldovadakı quruculuq işlərini davam etdirir. Artıq yerli “Kişinyov-Zirvə” klubunun məşq zalı istifadəyə tam hazırdır. Bu kompleks bütün lazımi inventarlarla təchiz olunub. Zalda duş və paltardəyişmə otaqları var. Əsas yarış körpücüyü ilə yanaşı, 11 məşq körpücükləri də vardır. Hündürlüyü 6 metr, eni 8, uzunluğu 20 metr olan bu zalın vasitəsilə istənilən səviyyəli yarışlara hazırlaşmaq üçün bütün imkanlar var.

Hazırda “Kişinyov-Zirvə” klubunun idmançıları beynəlxalq yarışlara hazırlıqlarını məhz burada davam etdirirlər. Hmin hazırlıqdan çəkilən fotoları sizə təqdim edəcəyik. Yaxın vaxtlarda ümumilikdə Moldova Ağır Atletika yığma komandasının burada təlim-məşq toplanışı keçməsi də nəzərdə tutulub.

Orada 128 kv.m-lik tamamilə taxtadan olan evin də yekun işləri görülür. “AAAF Park Moldova”nın ərazisindəki meşədə də taxta evlərin tikintisinə start verilib.

20140903_174408

20140903_174518

20140903_174648

20140903_174801

20140903_174838

20140903_175341

20140903_175637

20140903_182903

20140903_182948

20140903_183132

cudo 2

Cüdo üzrə beynəlxalq “Zirvə Kuboku” – “Zirvə Beynəlxalq İdman Klubunun cüdo idman növü üzrə 1998-2000, 2001-2006-cı il təvəllüdlü oğlanlar arasında açıq birinciliyi”na yekun vurulub. Avqustun 30-31 tarixlərində keçiriləcən bu yarışda 200-dən çox idmançının iştirak edib. Onların içərisində regionlarımızdan İsmayıllı, Lənkəran, həmçinin Xırdalan, Sumqayıt və Bakı, eyni zamanda Türkiyə filialımızdan cüdoçular da vardır. Bütün bu idmançılar “Zirvə” BİK-in üzvləridir.

İlk yarış günündə bütün çəkilərdə finalçılar və bürünc medal görüşlərinin iştirakçıları müəyyənləşdirilib. Avqustun 31-də isə tribunalara toplaşan idmansevərlər mükafatçıların qarşılaşmalarını izləyiblər. Maraqlı mübarizə və hərarətli dəstək şəraitində keçən yarışda qaliblər müəyyənləşib. Həmin nəticələri sizə təqdim edirik:

Kadetlər

21 kq
Yer Adı Klub-Şəhər
 1 Vəlizadə Turac Abşeron
 2 Zeynalov Müşfiq Bakı
 3 Məsiyev Rəvan Sumqayıt
24 kq
 1 Balacayev Murad Sumqayıt
 2 Cabbarov Vüsal İsmayıllı
 3 Həsənov Emin Abşeron
 4 Budaqov Məhəmməd Bakı
27 kq
 1 İlkin Həsənli Bakı
 2 Əliyev Murad Abşeron
 3 Batuhan Yılmaz Ankara
 4 İbrahimov Elmir Abşeron
30 kq
 1 Hacıyev Səxavət Sumqayıt
 2 Məmmədov Musa Bakı
 3 Abbasov Xəzər Abşeron
 4 Cavanşir Salayev Lənkəran
34 kq
 1 Abışov Sehram Sumqayıt
 2 Əlizadə Hidayət Abşeron
 3 Budaqov Mustafa Bakı
 4 Ağamirov Umud İsmayıllı
38 kq
 1 Məmmədov Səid Sumqayıt
 2 Əzimzadə Rəhim Sumqayıt
 3 Əsədov Elşən Bakı
 4 Həsənli Rasim Lənkəran
42 kq
 1 Yaqublu Araz Abşeron
 2 Ağayev Yusif Bakı
 3 Hüseynov Şamil Sumqayıt
 4 Hikmet Talha Ankara
46 kq
 1 Cəfərov Emin Sumqayıt
 2 Abbasov Əli İsmayıllı
 3 Cəlilov Rəvan Abşeron
 4 Nəzərli Pərviz Abşeron
50 kq
 1 Əbilov Samir Sumqayıt
 2 Əzimzadə Yunis Lənkəran
 3 Əlizadə Musa Lənkəran
55 kq
 1 Məmmədov Orduxan İsmayıllı
 2 Səlimli Raul Sumqayıt
 3 Bədirov Nurlan Sumqayıt
 4 Həsənov Orxan Bakı
60 kq
 1 Əliyev Xasay Abşeron
 2 Zülfüyev Cavid Abşeron
+66 kq
 1 Sadıqov Elsevər Sumqayıt
 2 Babazadə Nihat Lənkəran

 

Yeniyetmələr

42 kq
 1 Qurbanov izzət Abşeron
 2 Hüseynov Səfail Bakı
 3 İsayev Anar İsmayıllı
46 kq
 1 Qardaşxanov Kənan Bakı
 2 Ərşadlı Ərşadı Sumqayıt
 3 Əsədov Şahin Sumqayıt
 4 Talıbov Fətəli İsmayıllı
50 kq
 1 Fərziyev Hikmət Bakı
 2 Mahmudlu Elvin Sumqayıt
 3 Paşazadə Elgün Sumqayıt
 4 Bədəlov Babək Abşeron
55 kq
 1 Cəlilov Hüseyn Bakı
 2 Cəlilov Tofiq Bakı
 3 Mazakov Saməddin Sumqayıt
 4 İsmayılov Nicat Sumqayıt
60 kq
 1 Hüseynov Elmin Bakı
 2 Hüseynov Pənahəli Sumqayıt
 3 Əliaslanov Şahlar Abşeron
66 kq
 1 Tağıyev Rəvan İsmayıllı
 2 Kamilli Ülvi İsmayıllı
 3 İsmayıllı Əli Sumqayıt
73 kq
 1 Nəcəfov Səfər İsmayıllı
 2 Hüseynzadə Pünhan İsmayıllı
 3 Zeynalov Namid Abşeron