Əfqan Bayramovun Olimpiadadakı çıxışı tez başa çatdı

Bu gün ağır atletika yığmamızın daha iki üzvü körpücük üzərinə çıxır. 69 kq çəki dərəcəsində Sərdar Həsənov və Əfqan Bayramov medallar uğrunda mübarizəyə aparırlar.

Artıq onlardan biri – Sərdar Həsənov “B” qrupundakı çıxışını başa vurub. O, birdən qaldırmada 145, təkanla qaldırmada isə 176 kq çəkinin öhdəsindən gələrək toplamda 321 kq-la 3-cü yeri tutub.

“A” qrupunda yarışan Əfqan Bayramov isə birdən qaldırmada 142 kq-ı hər üc cəhddə qaldıra bilmədi və Olimpiadanı vaxtından əvvəl tərk etdi.

SHARE
Şərh yaz