1-ci mərhələ yarışları başa çatdı

DSC_0278

30 iyul – 6 avqust tarixləri arasında keçirilən “Zirvə” Beynəlxalq İdman Klubunun 2016-cı il üçün I Açıq mərhələ yarışları başa çatıb. Bu yarışlar “Zirvə İnternational Sport Clubs”ın final yarışlarına güclü idmançıların seçilməsi, Azərbaycan çempionatları və birinciliklərinə yığma heyətin komplektləşdırılməsı, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yaş qrupları üzrə milli yığma komanda heyətlərinin komplektləşdirilməsinə dəstək göstərilməsi məqsədi güdüb.
Yarışlar 30-31 iyul 2016-cı il tarixdə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin əsas yarış zalında start götürüb. 30 iyulda Xırdalan, Masazır və yığma komandanın, 31 iyul da isə Ismayıllı, Şamaxı, Qobustan və Sumqayıt idmançıları mübarizəyə qoşulubqlar. Növbəti yarış 2-4 avqust 2016-cı il tarixlərində Lənkəran şəhəri “Lənkəran-Zirvə” İdman klubunun yarış zalında keçirilib. Avqustun 2-də Neftçala, 3-4 avqustunda Lənkəran və Lerik idmancıları körpücük üzərinə çıxıblar. Son olaraq isə 6 avqust tarixində Samux şəhəri “Samux-Zirvə” İdman klubunun yarış zalında Samux, Qazax, Gəncə, Goranboy, Şəki idmancıları qüvvələrini sınayıblar.
Yarışlarda ümumilikdə 500-ə yaxın ağır atlet iştirak edib. Tətbiq edilən çəki normativləri bu mərhələdə daha güclü və peşəkar idmançıların iştirakı, kəmiyyətdən keyfiyyətə doğru inkişafına imkan yaradıb.
Yarışın qalib və mükafatçıları yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq olaraq“Sinkler” cədvəli əsasında müəyyən olunublar. Yarışda hər yaş qrupunda Sinkler cədvəli əsasında I-II-III yerləri tutan idmançılar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılıblar.
Yarış yaş qrupları uzrə keçirilib, şəxsi xarakter daşıyıb və yalnız texniki cəhətdən hazırlıqlı idmançılar buraxılıblar. Yarışa 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılıblar.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz