Sentyabrın 9-11-i tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və Yaşayış Kompleksində keçiriləcək 10-cu “Zirvə Kuboku”nun iştirakçılarının siyahısı müəyyənləşib. Aşağıdakı cədvəldə qadınlar və kişilərin medal mübarizəsinə qatılacaq atletlərin adları ilə tanış ola bilərsiniz:
Kişilər
N | Name | Born | Nat | BW |
1. | Andriy Ostalyuk | 1993 | UKR | 135.5 |
2. | Adel Madiyarov | 1998 | RUS | 68.15 |
3. | Vitaliy Olevich | 1993 | UKR | 86.95 |
4. | Cechir Serghei | 1990 | MDA | 71.50 |
5. | Lungu Daniel | 1998 | MDA | 58.65 |
6. | Mateusz Sova | 1996 | POL | 84.70 |
7. | Ciobanu Tudor | 1999 | MDA | 84.40 |
8. | İbrahimli Pasha | 1995 | AZE | 70.25 |
9. | Akın Melih | 1993 | TUR | 113.5 |
10. | Georghi Chernei | 1990 | ROU | 83.40 |
Qadınlar
N | Name | Born | Nat | BW |
1. | Tazeddinova Aliya | 1987 | RUS | 59.10 |
2. | Gotfrid Anastasiya | 1996 | GEO | 93.30 |
3. | Lyubov Shelelyo | 1997 | UKR | 68.35 |
4. | Eliza Vcislak | 1997 | POL | 75.70 |
5. | Tatiana Ciobanu | 2001 | MDA | 59.20 |
6. | Zeynep Atakan | 1998 | TUR | 67.00 |
7. | Butnari Concordia | 2000 | MDA | 55.80 |
8. | Maharramova Marziyya | 1996 | AZE | 48.60 |
9. | Abbasova Elnarə | 1997 | AZE | 62.00 |
10. | Rzazadə Lalə | 2001 | AZE | 54.10 |
Ənənəvi olaraq “Zirvə” İnternational Sport Clubs-ın ölkə xaricindəki filiallarının qatıldığı yarış bu dəfə beynəlxalq səviyyədə təşkil olunacaq. Turnirdə klubumuzun Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə və Polşadakı filiallarının nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar.
Kubok 2 yaş qrupunda keçiriləcək: qadınlar və kişilər. Atletlər arasında ən güclülər Sinkleyr cədvəlinə əsasən müəyyən ediləcək. Hər qrupda 10 nəfər atletin iştirakı gözlənilir. Yarışda yerli və beynəlxalq dərəcəli hakimlər ədaləti qoruyacaqlar.
10-cu Zirvə Kuboku həm də bir müddət əvvəl gözlənilmədən dünyasını dəyişən sabiq ağır atlet, klubumuzun sevimli üzvlərindən biri, Olimpiya Oyunlarının bürünc mükafatçısı və digər böyük beynəlxalq yarışların qalibi və medalçısı Veliçko Çolakovun xatirəsinə həsr olunacaq.
Eyni zamanda, bu turnir bu yeni inşa edilən Kompleksin açılış mərasimi ilə üst-üstə düşəcək. Bu səbəbdən yarışın sonunda musiqili-əyləncəli konsert təşkil olunacaq.
Yarış cədvəli aşağıdakı kimidir:
Saat 15:00 – Kişilər
Saat 17:00 – Qadınlar
Saat 19:00 – Açılış-qapanış mərasimi.