Avropa çempionatında iştirak edən millimizi 62 kq çəki dərəcəsində təmsil edən Zülfüqar Süleymanov 304 kq (132kq + 162kq ) nəticə göstərərək bürünc medala layiq görülmüşdür.
69 kq çəki dərəcəsində çıxış edən Sərdar Həsənov isə 302 kq (135kq + 167kq) nəticə göstərərək 5-ci ola bilmişdir.
94 kq çəki dərəcəsində mübarizəyə qoşulan Rövşən Fətullayev 390 kq (175 kq + 215 kq) nəticə ilə 2-ci yerə çıxmışdır.