“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın 2-ci mərhələ yarışlarına start verilir. İlk olaraq Azərbaycan ərazisindəki filiallarımız arasında zonalar üzrə çempionatlar keçiriləcəkdir.
2-ci mərhələ yarışlarının təqvimi də artıq məlumdur. Belə ki, 21-22 aprel tarixlərində Lənkəran, 24 apreldə Samux, 27 apreldə Neftçala, 28 apreldə isə Abşeron mərhələsi üzrə yarışlar keçiriləcəkdir.
Artıq əsasnamədə də bəzi dəyişikliklər edilib. Belə ki, idmançıların minimum normativlərində dəyişikliklər tətbiq olunub. Onlarla ƏSASNAMƏ linkini tıklayaraq tanış ola bilərsiniz:
21-22 aprel – Lənkəran
24 aprel – Samux
27 aprel – Neftçala
28 aprel – Abşeron