2012-ci ilin ən yaxşı ağır atletləri: Səlimi və Çinşaylo!

salimi chinshaylo

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) 2012-ci ilin ən yaxşı idmançılarını seçib. Qurumun rəsmi saytında 1 300-dən çox adamın iştirak etdiyi səsvermədə, kişilər və qadınlar arasında ən güclülər seçilib.

Kişilərin ən yaxşısı adına iranlı Behdad Səlimi Kordasiabi layiq görülüb. O, ən yaxın rəqibini xeyli qabaqlayıb. 2-ci yeri qazaxıstanlı İlya İlyin tutub. 3-cü yerdə isə polşalı Adrian Jelinski qərarlaşıb.

Qadınlarda isə hər üç yeri qazaxıstanlı idmançılar tutub. Hamıdan yaxşı adını Zülfiyə Çinşaylo qazanıb. O, həmvətənləri Maiya Maneza və Svetlana Podobedovanı qabaqlayaraq ilin ən yaxşı qadın ağır atleti adına layiq görülüb
.

 

SHARE
Şərh yaz