“Zirvə” Beynəlxalq İdman Klubunun 3-cü mərhələ yarışlarına start verilir. İlk olaraq klubumuzun Azərbaycandakı filialları arasında keçiriləcək çempionatda 700-ə yaxın ağır atletin iştirakı gözlənilir.
Bu mərhələ yarışlarının ilkin məqsədləri kubok yarışlarına güclü idmançıların seçilməsi, Azərbaycan çempionatları və birinciliklərinə yığma heyətin komplektləşdırılməsı, ağır atletika idman növünün şəhər,rayon,qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Əlavə edək ki, məhz bu mərhələdə qeydə alınacaq nəticələr avqust ayında keçiriləcək 9-cu Zirvə Kubokuna seçmə xarakter daşıyacaqdır.
Yarışlar 24 iyun – 4 iyul 2015-ci il tarixində 4 region üzrə keçiriləcəkdir. 24 – 25-26 iyunda Neftçala və Lənkəran idmançılarının iştirakı ilə Lənkəranda, 28 iyun Samux, 4 iyul tarixlərində isə Xırdalanda baş tutacaq yarışlar böyük marağa səbəb olacaqdır.
Yarışa 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997 -cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar.
3-cü mərhələnin əsasnaməsi ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: