50 kq: B qrupunda Əsgərli Vüsal qalib gəldi

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.
50 kq çəki dərəcəsinin B qrupunda da yarışlar başa çatıb. Qrupda Əsgərli Vüsal toplam 127 kq (55+72) nəticə ilə bütün rəqiblərini üstələyib. Çıxış edən atletlərin yekun sıralamadakı yeri A qrupunda mübarizə başa çatandan sonra bilinəcək.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top.
1. Cavadov Ömər Zirvə Xırd 2002 40.70 60 73 133
2. Əsgərli Vüsal Zirvə Neft 2002 48.90 55 72 127
3. Əhmədov Rusif Təhsil Bakı 2001 47.30 56 70 126
4. Məmmədov Əbdülrəhman Zirvə Qob 2002 48.60 56 70 126
5. Tağıyev Əvəz Zirvə Neft 2002 39.60 53 70 123
6. Quliyev Seymur Zirvə Neft 2001 48.90 55 65 120
7. Hüseynli Fizuli Zirvə Sumq 2002 43.80 50 64 114
8. Məmmədov Həzi Zirvə Lənk 2002 50.00

 

SHARE
Şərh yaz