Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi start götürüb. Yarışın ilk günündə Azərbaycan milli komandası və “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir üzvü Elməddin Hüseynov körpücük üzərinə çıxıb.
O, yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 50 kq çəki dərəcəsinin A qrupunda yarışıb. Bu gün səhər Füqan Əliyev eyni çəkidə, ancaq B qrupunda çıxış etmiş, bütün rəqiblərini qabaqlamışdı.
Elməddin toplamda 168 kq (72+96) nəticə göstərərək yekun sıralamada 10-cu yeri tutdu. B qrupunda yarışmış Füqan Əliyev isə 172 kq (76+96) nəticə ilə ümumi sıralamada 7-ci yeri tuta bildi.