“6-cı Zirvə Oyunları” ağır atletika yarışları ilə başa çatdı

5-13 may tarixlərində AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI keçirildi. “Zirvə” İnternational Sport Clubs-ın nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızdan son olaraq ağır atletlər mübarizəyə qoşuldular.

Mayın 13-də AAAF Parkın yarış zalında 4 yaş qrupunda 50-yə yaxın yeniyetmə atlet körpücük üzərinə çıxdı. Maraqlı mübarizə şəraitində keçən yarış yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qaldı. Turnirə 2006-2008-ci il təvəllüdlü qızlar və oğlanlar qatılıb. Hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında qaliblər müəyyən edilib.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

NƏTİCƏ AĞIR ATLETİKA ZO 6

SHARE
Şərh yaz