6-cı “Zirvə Oyunları” keçiriləcək

5-13 may tarixlərində AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI keçiriləcək. “Zirvə” İnternational Sport Clubs-ın nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış artıq böyük ənənə halını almaqdadır.
Builki yarışlarda 5 idman növü – ağır atletika, cüdo, üzgüçülük, karate və bədii gimnastika üzrə medal mübarizəsi olacaq. Yarışlarda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində “Zirvə” İSC-nin klub və bölmələrinin həkim müayinəsindən kecmiş, dəvət əsasında idmançıları iştirak edə bilərlər.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışların keçirilmə cədvəli aşağıdakı kimidir:
Üzgüçülük – 5 may
Cüdo – 5 may
Karate – 6 may
Bədii gimnastika – 12 may
Ağır atletika – 13 may

Ağır atletika üzrə yarışlar 2006-2008-ci il təvəllüdlü oğlanlar və qızlar arasında hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında keçiriləcəkdir. Yarışda birdən qaldırma və təkanla qaldırma hərəkətlərində dərəcə tələbləri tətbiq olunacaqdır.
Yarışların təşkilinə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir. Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur.
Yarışlarda hər yaş qrupunda və çəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılacaqlar.

SHARE
Şərh yaz