6-cı “Zirvə Oyunları” maraqlı yarışlar və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndi

5-13 may tarixlərində AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI keçirildi. “Zirvə” İnternational Sport Clubs-ın nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımız bu, artıq böyük ənənə halını alan yarışlara qatıldılar.
Builki yarışlarda 5 idman növü – ağır atletika, cüdo, üzgüçülük, karate və bədii gimnastika üzrə medal mübarizəsinə şahidlik etdik. Yarışlarda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində “Zirvə” İSC-nin klub və bölmələrinin həkim müayinəsindən kecmiş, dəvət əsasında idmançıları, həmin açıq birinciliklərdə digər klub və cəmiyyətlərin üzvləri iştirak etdilər. Ümumilikdə, 6-cı Zirvə Oyunlarında mübarizəyə 600-dən çox yeniyetmə qatılaraq bizlərə böyük idman bayramı yaşatdılar.
Yarışlar zamanı çox sayda mötəbər qonaq Zirvə Oyunlarına təşrif buyurdu, təşkilatçılıq səviyyəsindən məmnunluğunu dilə gətirdi. AAAF Park Yaşayış Kompleksinin bu gözəl təşəbbüsü alqışlandı və Heydər Əliyevin irsinin bu şəkildə qorunub-davam etdirilməsi xüsusi rəğbətlə qarşılandı. Bir həftə ərzində Kompleksin yarış zallarına baş tutan medal mübarizəsi bundan sonra da həm idmançılar, həm məşqçilər, həm də digər mütəxəssis, qonaq və tamaşaçıların yaddaşında uzun müddət qalacaqdır.
Əlavə edək ki, yarışlarda hər yaş qrupunda və çəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları, xüsusi hədiyyərlə mükafatlandırıldılar.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE
Şərh yaz