“6-cı Zirvə Oyunları”nda gimnastika yarışları keçirildi

5-13 may tarixlərində AAAF Park Yaşayış Kompleksində keçirilən yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI davam edir. “Zirvə” İnternational Sport Clubs-ın nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış artıq böyük ənənə halını almaqdadır.

Mayın 12-də bədii gimnastika üzrə yarışlar keçirilib. Azərbaycan Gimnastika Federasiyası ilə təşkil olunan yarış yetərincə böyük marağa səbəb olub. Klubumuzun açıq birinciliyində çox sayda yeniyetmə gimnast qızımız medallar uğrunda mübarizəyə qoşulub.

Qonaq qismində istər “Zirvə” İSC, istərsə də AGF-in rəhbər şəxs və mütəxəssisləri iştirak ediblər. Təntənəli açılış mərasimindən sonra yarışlar başlayıb. Müxtəlif musiqi nömrələri nümayiş etdirən gimnastlar tamaşaçıların alqışlarına layiq görülüblər.

Müxtəlif yaş qrupunda alətsiz, ip, gürz, lent, top və halqa ilə çıxış edib qələbə qazanan qızlar medal və diplomlarla təltif olunacaqlar.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE
Şərh yaz