600-dən çox idmançı mərhələ yarışlarında iştirak etdi – NƏTİCƏLƏR+FOTOLAR

11267925_860714333983105_7310492047744164454_n

Ağır atletimiz sifariş verdiyi ağırçəkili ştanqı başı üzərinə qaldırır və zaldan güclü alqış sədaları qopur. Bu mənzərə AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə 3-cü mərhələ yarışlarında yaşanırdı. Dadaş Dadaşbəyli, Firudin Quliyev və Rövşən Fətullayev kimi atletlərin ram etdikləri çəkilər xüsusilə seçilirdi.

Klubun Azərbaycandakı filialları arasında keçirilən yarışlara iyunun 24-də Lənkəranda start verilib. Mübarizəyə əvvəlcə 85 Neftçala atleti başlayıb. Sonrakı iki gündə isə 259 Lənkəran idmançısı öz gücünü göstərdi.
İyunun 28-də Samuxda 130, iyulun 4-də isə Xırdalanda 142 idmançı medallar uğrunda mübarizəyə qoşulub. Ümumilikdə mərhələ yarışlarında 616 ağır atlet çıxış edib.

Burada qeydə alınan nəticələr 9-cu Zirvə Kuboku üçün seçmə xarakteri daşıyırdı.

“Zirvə”” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə 3-cü mərhələ yarışlarının keçirilməsində məqsəd ölkə çempionatları və birincilikləri üçün yığma komandamızın heyətinin komplektləşdirilməsi və ən güclülərin seçilməsi idi. Yarış həm də idmançıların ustalıq səviyyəsinin artırılması baxımından da əvəzsiz idi. Əminik ki, təkcə 2013-cü ildə beynəlxalq yarışlardan 32 medalla vətənimizə geri dönən “Zirvə” klubu bundan sonra da Azərbaycan idmanına neçə-neçə dünya və Avropa çempionları qazandıracaq.

Gələcəyin çempionlarının mübarizəsini fotolarla bu linklər üzrə izləyə bilərsiniz:

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

SHARE
Şərh yaz