69 kq: Paşa İbrahimli Azərbaycan Kubokunun qalibi oldu

dsc_044310-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.
Noyabrın 12-də atletlər 69 kq çəki dərəcəsində körpücük üzərinə çıxıblar. Toplam 282 kq (125+157) nəticə əldə edən Paşa İbrahimli bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Gümüş medal 258 kq (111+147) nəticə ilə Bayramov Sabit, bürünc medal isə 256 kq (116+140) nəticə ilə Quliyev Sənana qısmət olub.
Əlavə edək ki, çəkilərdə yeniyetmələr və gənclər arasında medalçılar da müəyyən edilib. Babayev Tarmenxan həm yeniyetmələr, həm də gənclərdə qızıl, Alxasov Əlimərdan eynilə gümüş, Ağalarov Kamran isə eynilə hər iki yaş qrupunda bürünc medal əldə edib.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top.
1 İbrahimli Paşa Zirvə Lənkəran 68.50 125 157 282
2. Bayramov Sabit Spartak Bakı 67.20 111 147 258
3. Quliyev Sənan Zirvə Samux 68.90 116 140 256
4. Babayev Tarmenxan UGİM Naxçıvan 69.00 105 133 238
5. Alxasov Əlimərdan Zirvə Lerik 68.50 105 130 235
6. Ağalarov Kamran UGİM Qobustan 68.40 100 130 230
7. Şərifov Elşən Zirvə Şamaxı 68.40 100 125 225
8. Baxışov İsmayıl Zirvə Qobustan 68.00 96 125 221
9. Mənəfov Yaqub Zirvə Qazax 68.20 100 118 218
10. Məmmədov İsmayıl Zirvə Qazax 64.70 96 100 196
11. Ziyadov Xəyal Təhsil Sumqayıt 62.30 80 107 187
12. Şəmmədov Səbuhi Zirvə Goranboy 63.30 78 90 165
13. Əliyev Turab Zirvə Lənkəran 64.60 83
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz