e5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə basketbolçulara çatıb.
5 gün ərzində keçirilən basketbol yarışları Zirvə Oyunlarının zirvə nöqtəsi oldu desək, yanılmarıq. Möhtəşəm təşkilatçılıqla müşayiət olunan turnirdə oğlan və qızlardan ibarət 30-dan çox komanda medal mübarizəsinə qoşuldular. Ümumilikdə Türkiyə, Özbəkistan, Gürcüstan və Azərbaycandan olmaqla 400-dən çox iştirakçı 100- yaxın matça çıxaraq qüvvələrini sınadı. Yaşları olsa da, gənc basketbolçuların ifasındakı oyunlar dinamik, maraqlı və baxımlı idi. AAAF Park sakinlərinin tribunaları doldurduğu matçlar möhtəşəm ab-havada keçdi, az qala hər oyunda alqışlar, dəstək təzahüratları səngimədi, əsl, böyük bir idman bayramı yaşandı. Ən kiçik yaşdan böyüyünə qədər hər kəsin bu Oyunlardan zövq aldığı aşkar görünürdü.
Nəticələrə gəlincə, burada türkiyəli basketbolçuların üstünlüyü nəzərə çarpdı. Oğlanların yarışında finalda “Təhsil 1” ilə “Ankara-Zirvə 3” komandası üz-üzə gəldi. Qardaş ölkə təmsilçiləri 14:12 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxdılar. Bürünc medalı “Elitar”ı 6:4 hesbaıyla yenən “Ankara-Zirvə 1” əldə etdi.
Qızlarda da fianlda son gülən tərəf türkiyəlilər oldu. “Ankara-Zirvə” komandası yetərincə əzmkarlıq nümayiş etdirən “Sumqayıt 1” komandasına 8:4 hesabıyla qalib gələrək çempion oldular. Bürünc medalı isə “UGİM 10-1”-i 3:1hesabı ilə məğub edən “Gold Fives 1” qazandı.
Bütün mükafatçılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olundu.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.