7-Cİ ZİRVƏ KUBOKU: “AAAF Park” Yaşayış Kompleksindəki ən yüksək səviyyəli zal (FOTOLAR)

DSC_0972 - копия

Sentyabrın 13-də keçirilən 7-ci ZİRVƏ KUBOKU yüksək səviyyəli təşkilatçılıqla yadda qaldı. Hər il ənənəvi olaraq avqust-sentyabr aylarında keçirilən bu turnir, həmişə seçilmiş idmançıların bütün güclərini ortaya qoyduğu yarışdır. Bunun üçün isə atletə hər cür şərait yaradılmalıdır. Xüsusilə də, məşq və yarış üçün yer bütün standartlara cavab verməlidir. “Zirvə Kuboku” məhz belələrindən oldu.

Dünya səviyyəli məşq və istirahət zalları, körpücük, ştanq avadanlıqları, bir neçə yüz nəfərlik tamaşaçı zalı bunlara misaldır. Foto və video çəkiliş, güclü işıqlandırma, təmizlik, səliqəlilik, inanclılar üçün namaz otağı, idmançılara bir neçə monitorla tam informasiya xidməti, operativ addımlar və başqa bu kimi xidmətlər atletlərin çıxışına öz müsbət töfhəsini verdi. Kubok yarışımızın keçirildiyi yeni zalın görüntülərini sizə təqdim edirik.

Qeyd edək ki, yarış zalı bir müddətdən sonra fitness zalına çevriləcəkdir. Bu haqda yaxın vaxtlarda məlumat verəcəyik.

[nggallery id=128]

 

SHARE
Şərh yaz