7-Cİ ZİRVƏ KUBOKU: Fəxri kürsüdə Lənkəran atletləri və iki rekord + FOTOLAR

dsc_1685

7-ci “Zirvə Kuboku”nda yaşı 15-ə qədər olan idmançıların mübarizəsi yarışların zirvə nöqtəsi oldu. Çünki məhz bu qrupda iki Avropa rekordu vuruldu. AAAF PARK Yaşayış Kompleksinin yeni yarış zalında keçirilən turnirin bu yaş qrupunda iki Lənkəran idmançısı Avropa səviyyəli çıxışla yadda qaldı.

Yaş qrupunun qalibi adını bir neçə gün əvvəl Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinin də qızıl medalına sahib çıxmış Rüstəm İmanzadə qazandı. Bu birincliyin ən yaxşı idmançısı adını əldə edən Rüstəm, həmin yarışda 62 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 103 kq-ı başı üzərinə qaldıra bilmişdi. Bu isə yeni Avropa rekordu idi. Sentyabrın 13-də, 7-ci “Zirvə Kuboku”nda isə Rüstəm 104 kq-ı ram edərək Avropa rekordunu yenilədi.

Bununla da iş bitmədi. Bu yaş qrupunda daha bir atlet – Avropa səviyyəsində nəticə qazandı. Litvadakı Avropa birincliyində 69 kq çəki dərəcəsində gümüş medal qazanan Kənan Əliquluzadə, “Zirvə Kuboku”nda daha yaxşı nəticə nümayiş etdirdi. Birdən qaldırma hərəkətində 112 kq-ı ram edən atletimiz, yaşı 15-ə qədər olan idmançılar arasında Avropa rekordunu təkrarladı.

Üçüncü pilləni də Lənkəran atleti tutdu. 174 kq (77 kq + 97 kq) nəticə göstərən və 292,1 Sinkleyr xalı toplayan Ruslan Rzazadə, bürünc medala sahib çıxdı.

Lənkəran ağır atletika məktəbinin uğuru göz qabağındadır. Bu yaş qrupundakı idmançıları və onların məşqçilərini tərbik edirik. Ümid edirik ki, növbəti yarışlarda da Avropa və dünya səviyyəli çıxışlara şahidlik edəcəyik.

[nggallery id=133]

 

15 yaşlılar

Yer Adı Rayon İl Çəkisi Birdən Təkanla Cəmi Xal Məşqçisi
1. İmanzadə Rüstəm* Lənkəran 1998 55.9 104 115 219 339.8 Qasımov A.
2. Əliquliyev Kənan** Lənkəran 1998 64.5 112 130 242 338.5 Əliquliyev T.
3. Rzazadə Ruslan Lənkəran 1998 50.7 77 97 174 292.1 Qasımov A.
4. Rüstəmov İsa Goranboy 1999 49.5 74 91 165 282.7 Kazımov S.
5. Səmədov Ülvi Neftçala 1998 55.4 78 102 180 281.2 Səmədov Cəm.
6. Bağırov Fərid Abşeron 1998 58.0 86 98 186 277.6 Bayramov R.
7. Zeynalov Fərid Neftçala 1998 65.1 85 113 198 275.2 Səmədov Cəm.
8. Xəlilov Kənan Neftçala 1999 40.3 60 70 130 269.5 Səmədov Cəm.
9. Kazımov Ələddin Goranboy 1998 61.8 82 100 182 262.2 Kazımov S.
10. Fətəliyev Fərrux Şamaxı 1998 56.9 70 90 160 244.9 Şahbazov R.
11. Mirzəyev Coşqun Samux 1998 59.2 70 90 160 237.7 Tağıyev Z.
12. Fətəliyev Kənan Abşeron 1998 62.4 75 88 163 233.2 Kərimov A.

 

SHARE
Şərh yaz