7-ci “Zirvə Kuboku”nda yaşı 17-ə qədər olan idmançılar arasında iki qardaşın qızıl medal uğrunda mübarizəsi yadda qaldı. AAAF PARK Yaşayış Kompleksinin yeni yarış zalında keçirilən turnirin bu yaş qrupunda iki Şamaxı idmançısı – Şərifov Elşad və Elşən ilk iki pillədə qərarlaşdılar. Maraqlıdır ki, yaşda kiçik olan Elşad Kubokun qalibi adını qazandı.
1997-ci il təvəllüdlü Şərifov Elşad 241 kq (111 kq + 130 kq) nəticə və 324,9 Sinkleyr xalı ilə birinci yeri tutdu. Ondan bir yaş böyük olan qardaşı Elşən isə 230 kq (105 kq + 125 kq) nəticə və 314,3 xalla ikinci pillədə qərarlaşdı. Fəxri kürsünün sonuncu pilləsində isə Neftçala idmançısı Həsənov Vüqar, 232 kq (107 kq + 125 kq) nəticə və 306,1 xalla yer aldı.
[nggallery id=134]
17 yaşlılar |
|||||||||
Yer | Adı | Rayon | İl | Çəkisi | Birdən | Təkanla | Cəmi | Xal | Məşqçisi |
1. | Şərifov Elşad | Şamaxı | 1997 | 68.2 | 111 | 130 | 241 | 324.9 | Şahbazov R. |
2. | Şərifov Elşən | Şamaxı | 1996 | 66.8 | 105 | 125 | 230 | 314.3 | Şahbazov R. |
3. | Həsənov Vüqar | Neftçala | 1996 | 70.6 | 107 | 125 | 232 | 306.1 | Ağayev A. |
4. | Həsənov Həsən | Samux | 1996 | 64.5 | 95 | 115 | 220 | 293.7 | Tağıyev Z. |
5. | Babazadə Amin | Lənkəran | 1997 | 48.4 | 73 | 93 | 166 | 290.0 | Məmmədov M. |
6. | Usubov Fərid | Neftçala | 1997 | 59.2 | 87 | 105 | 192 | 285.3 | Ağayev A. |
7. | Mirzəyev Emin | Lerik | 1997 | 50.0 | 75 | 88 | 163 | 276.9 | Rufullayev N. |
8. | Əlizadə Əyanət | Lənkəran | 1996 | 58.8 | 80 | 105 | 185 | 276.3 | Qasımov A. |
9. | Babayev Səxavət | Şamaxı | 1997 | 64.7 | 85 | – | – | – | Tarverdiyev H. |
10. | Səmədli Ümid | Neftçala | 1997 | 72.6 | 82 | – | – | – | Səmədov Çin. |