Sentyabrın 13-də “AAAF PARK” Yaşayış Kompleksinin yeni yarış zalında ağır atletika üzrə 7-ci “Zirvə Kuboku” keçirildi. Turnirdə “Zirvə” İdman Klubunun ən güclü idmançıları iştirak etdilər.
İlk olaraq körpücük üzərinə qadınlar çıxdılar. Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi adını Qazax idmançısı Əlizadə Gülçin qazandı. O, toplamda 154 kq (70 kq + 84 kq) çəki qaldıraraq, Sinkleyr cədvəli üzrə 238.54 xal topladı.
İkinci pilləni 148 kq (65 kq + 83 kq) və 232.26 xalla Məhərrəmova Mərziyyə (Goranboy), üçüncü pilləni isə 143 kq (63 kq + 80 kq) və 201.83 xalla Abbasova Elnarə (Qazax) tutdu.
Təbrik edirik!
Qızların yarışından şəkillərə aşağıda baxa bilərsiniz:
[nggallery id=130]
Qadınlar |
|||||||||
Yer | Adı | Rayon | İl | Çəkisi | Birdən | Təkanla | Cəmi | Xal | Məşqçisi |
1. | Əlizadə Gülçin | Qazax | 1997 | 51.3 | 70 | 84 | 154 | 238.54 | Abdalov R. |
2. | Məhərrəmova Mərziyə | Goranboy | 1996 | 50.5 | 65 | 83 | 148 | 232.26 | Kərimli K. |
3. | Abbasova Elnarə | Qazax | 1997 | 57.8 | 63 | 80 | 143 | 201.83 | Abdalov R. |
4. | Əlizadə Günel | Qazax | 2000 | 59.8 | 52 | 66 | 118 | 162.52 | Abdalov R. |
5. | Məmmədova Sona | Qazax | 1999 | 56.5 | 50 | 58 | 108 | 155.02 | Abdalov R. |
6. | Məhərrəmova Sevər | Lənkəran | 2002 | 36.3 | 29 | 33 | 62 | 133.88 | Əliquliyev T. |
7. | Məmmədova Xumar | Goranboy | 1997 | 82.8 | 45 | 61 | 106 | 120.89 | Kərimli K. |
8. | Əzimova Səbinə | Lənkəran | 2000 | 40.3 | 27 | 35 | 62 | 119.90 | Hüseynov T. |
9. | Fərəcova Şəfa | Lənkəran | 2001 | 30.0 | 18 | 26 | 44 | 118.74 | Məmmədov M. |
10. | Babayeva Kubra | Qazax | 1991 | 46.4 | 30 | 40 | 70 | 118.26 | Abdalov R. |
11. | Mirzəyeva Zülfiyyə | Lerik | 2001 | 37.7 | 22 | 34 | 56 | 116.08 | Rufullayev N. |
12. | Rzazadə Lalə | Lənkəran | 2001 | 37.8 | 23 | 31 | 54 | 114.21 | Əliquliyev T. |