5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə kikboksinqçilərə çatıb.
Kompleksin əsas yarış zalında qurulan rinqdə 8 çəki dərəcəsi üzrə 2006-2009-cu il təvəllüdlü yüzə yaxın idmançı medal mübarizəsinə qoşulub. Turnirdə Azərbaycanın bölgələrini və paytaxtı təmsil edən 30 klubun nümayəndəsi döyüşüb. Yeniyetmə kikboksinqçilər qələbə əzmi nümayiş etdirib, güclü zərbələrlə rəqiblərini məğlub etməyə çalışıblar. 26 kq, 28 kq, 32 kq, 37 kq, 42 kq, 47 kq və +47 kq çəki dərəcələrində müvafiq olaraq Elşən Əliyev, Elvin Fətəlili, Nazim Verdiyev, Sübhan Məmmədov, Kənan Cəfərli, Vüqar Məmmədov, Səfərəli Vəhədov və Ruslan Qəhrəmanov qalib adını qazanıblar. Bütün mükafatçılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub. Təqdimetmə mərasimində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və Zirvə Beynəlxalq İdman Klublarının vitse-prezidenti Ruslan Xanverdiyev iştirak ediblər.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
26 kq
1. Elşən Əliyev – Gəncə Olimp
2. Ramil Həsənov – Kobra
3. Şahin Əfəndiyev – AAAF Park –Zirvə
3. Fərhad Cəfərli – AAAF Park –Zirvə
28 kq
1. Elvin Fətəlili – AAAF Park-Zirvə
2. Cəfərsadiq İbrahimov – AAAF Park-Zirvə
3. Kamal İmamverdiyev – Sərhədçi
3. Ələddin Mirzəzadə – Ağcabədi Birlik
30 kq
1. Nazim Verdiyev – AAAF Park –Zirvə
2. Emil Gəncəliyev – Şahdağ-Quba
3. Mirfərhad Ağazadə – Neftçi
3. İlyas Əliyev – Ağcabədi Birlik
32 kq
1. Sübhan Məmmədov – Neftçi
2. Rəvan Həsənov – AAAF Park –Zirvə
3. Sənan İsmayılov – AAAF Park –Zirvə
3. Elşad Cəfərov – Kobra
37 kq
1. Kənan Cəfərli – Ağ canavar
2. Bəxtiyar Verdiyev – Ağ canavar
3. Mirfərid Seyidli – Neftçi
3. Məhəmməd Şükürov – Neftçi
42 kq
1. Vüqar Məmmədov – Neftçi
2. Rəvan Abdullazadə – AAAF Park –Zirvə
3. Əyyub Allahquluyev – Ağdam
3. Rinat Qiyaslı – Ağ canavar
47 kq
1. Səfərəli Vəhədov – Quba-Nicat
2. Əsgər Musayev – Əsgər
3. Fateh Həsənoğlu – Orion
3. Nurlan Əsgərov – Bakı
+47 kq
1. Ruslan Qəhrəmanov – Kolizey-Mingəçevir
2. Davud Paşayev – Səbail
3. Elcan Əhmədov – Orion
3. Qurban Şirinov – Neftçi
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions