7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda stolüstü tennis üzrə yarışlar keçirilib

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə gənc stolüstü tennisçilərə çatıb.

AAAF Parkın mərkəzi yarış zalında keçirilən turnir ən yüksək səviyyədə təşkil oldu. Qızlar və oğlanlar qalibləri müəyyən etmək qurulan dairəvi sistemlə yarışdılar. Çevik, dinamik və baxımlı oyun nümayiş etdirən tennisçilər maraqlı mübarizə ilə yadda qaldılar. Zirvə Oyunları böyük perspektivi olan bu yeniyetmələr üçün yaxşı sınaq meydanı kimi yadda qaldı. Qızlarda Arzu Aslanova, oğlanlarda isə Toğrul Məmmədov bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxdı. Həm onlara, həm də digər mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

Stolüstü tennis

Oğlanlar

  1. Toğrul Məmmədov
  2. Tahir Qubadov
  3. Hüseyn Eyvazov

 

Qızlar

  1. Arzu Aslanova
  2. Mərziyyə Nurmətova
  3. Fatimə Cəfərova
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz