7-ci “Zirvə Oyunları”nda tennis yarışları baş tutdu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda bu dəfə tennisçilər mübarizəyə qoşulublar.

Kompleksin mərkəzi meydançasında xüsusi olaraq bu Oyunlar üçün qurulan kortda üz-üzə gələn gənc tennisçilər qalibləri müəyyən etmək üçün yarışdılar. Qızlar və oğlanlar həm fərdi, həm də qarışıq cütlüklərdə bacarıqlarını nümayiş etdirdilər. Aralarında beynəlxalq yarışlarının qalib və mükafatçıları olan, böyük perspektiv vəd edən idmançıların olduğu tennisçilərin oyunları maraqlı alınıb. Fərdi yarışlarda oğlanlarda Kənan Qasımov, qızlarda Alina Hüseynova, qarışıq cütlüklərdə isə yenidən Kənan Qasımov – Alina Qavriş rəqiblərini üstələyərək qızıl medal əldə ediblər. Yarışların təşkilat komitəsinin rəhbər şəxsləri, həmçinin AAAF Holdinqin İdarə Heyətinin sədri Rəşad Əliyevin iştirak etdiyi təltifetmə mərasimində fəxri kürsüyə qalxanlara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

Oğlanlar (fərdi)

  1. Kənan Qasımov
  2. Tamerlan Əzizov
  3. Eyyub Mustafayev

 

Qızlar (fərdi)

  1. Alina Hüseynova
  2. Züleyxa Səfərova
  3. Alina Qavriş

 

Qarışıq cütlüklər

  1. Kənan Qasımov – Alina Qavriş
  2. Tamerlan Əzizov – Alina Hüseynova
  3. Eyyub Mustafayev – Lala Eyvazova

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz