Əsasnamə

astara

“ZİRVƏ İNTERNATİONAL SPORT CLUBS”un  AĞIR ATLETİKA

ÜZRƏ  IX DÜNYA KUBOKU 

Ə S A S N A M Ə

 ASTARA- 2015-ci il

 

 

I Məqsəd və vəzifələr

  • Zirvə İnternational Sport Clubs-un Dünya Kuboku yarışının keçirilməsi
  • Klublar arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi
  • Ağır atletika idman növünün təbliği və inkişafı
  • Güclü idmançıların müəyyən olunması

 

II Yarışın kecirilmə yerı və tarixi

Yarış 28-31 avgust 2015-ci il tarixində Astara Olimpiya İdman Kompleksində кеçiriləcəkdir.

Gəlmə günü-28 avgust

Yarış– 29-30 avgust

Getmə günü– 31 avgust

 

                                                                                 III Yarışa rəhbərlik

Yarışın təşkilinə“Zirvə İnternational Sport Clubs” MMC rəhbərlik edir.

Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə

həvalə olunur

 

 IV Yarışın iştirakçıları

 

Yarışda Azərbaycan,Türkiyə,Moldova,Polşa,Ukrayna,Gürcüstan,Belarusiya,ABŞ,Rusiya,İsrael və İran İslam Respublikalarındakı “Zirvə İnternational Sport Clubs”-un həkim müayinəsindən keçmiş klub idmançıları iştirak edə bilərlər.(Arayış təqdim olunmalıdır)

V Yarışın keçirilmə gaydaları

Yarışlar  aşağıda qeyd olunan yaş qrupları uzrə keçirilir .

1.Kişilər- U-14,U18,U-18+

2.Qadınlar- U-14,U18,U-18+

3.Ustadlar

Yarış şəxsi xarakter daşıyır.

Yarışlarda qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirvə İnternational Sport Clubs”-un diplom,medal və mükafatları ilə təltif olunacaqlar.

Qalib və mükafatçılar“Sinkler” cədvəlı əsasında müəyyən olunacaqlar.

Dopingin yoxlanması məqsədilə analizlərinin alınması proseduru hər bir idmançıya tətbiq oluna bilər.

Yarış Beynəlxalq Ağır Atletika Federasiyasının “Yarışların keçirilmə qaydaları”na əsasən keçirilir.

Yarışın  əsasnaməsi dəvət üçün əsas sayılır