8-ci Zirvə Oyunları uşaqlar üçün böyük bir idman bayramıdır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci interaktiv Zirvə Beynəlxalq Uşaq Oyunlarının Xırdalan mərhələsi başa çatmaq üzrədir. Yarışlar uşaqlar üçün əsl idman bayramına çevrilməkdədir.

Dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların təmassız şəkildə keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq təşkil ediləcəkdir. Durumu nəzərə alaraq uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçiriləcək. Top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atacaq və bu bizim COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olacaq!

#evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, gərəkdiyi halda, avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Yerində və ya onlayn olmasından asılı olmayaraq yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qaliblər mütəxəssislər tərəfindən müəyyən ediləcəkdir. Qalib və medalçılara hədiyyələr və mükafatları karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonrasında yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcəkdir.

Yarışların Təşkilat Komitəsinin üzvləri hər gün bir neçə ailənin qonağı olub, bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla yarış təşkil ediblər.

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla onlayn (interaktiv) yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.
Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

 

8-Cİ ZİRVƏ BEYNƏLXALQ UŞAQ OYUNLARI.

30 APREL-2 MAY. XIRDALAN

 

N Adı Yaş Səbətə top atma Uz.tullanma
1. Davud Nəbiyev 7 yaş 2 0.85
2. Mircəfər Nəbiyev 10 yaş 5 1.60
3. Ayşə Əlizadə 10 yaş 6 1.15
4. Renad Əlizadə 11 yaş 8 1.95
5. Hikmət Hüseynov 8 yaş 7 1.25
6. Yusif Məmmədov 8 yaş 2 0.85
7. Arzu Əlizadə 5 yaş 4 0.85
8. Elcan İsmayılov 7 yaş 11 1.00
9. Əlixan İsmayılov 8 yaş 13 1.10
10. Fidan Hüseynova 8 yaş 8 1.40
11. Ramil Hüseynov 6 yaş 11 1.20
12. Rəsul Hüseynov 5 yaş 6 0.95
13. Həmid Kəlbizadə 7 yaş 8 1.40
14. Murad Cavadzadə 9 yaş 9 1.45
15. Həbib Ramazanzadə 11 yaş 4 1.30
16. Ayla Ramazanzadə 7 yaş 3 1.00
17. Fikrət Quliyev 10 yaş 6 1.65
18. İsgəndər Quliyev 11 yaş 2 1.50
19. Ömər Novruzov 12 yaş 5 1.55
20. Hüseyn Abdullayev 7 yaş 5 1.50
21. Səbuhi Hüseynov 12 yaş 2 1.55
22. Tuncay Hüseynov 11 yaş 7 1.50
23. Ömər Behbudov 11 yaş 4 1.35
24. Turan Quluzadə 12 yaş 4 1.30
25. Cavid Hüseynov 11 yaş 6 1.60
26. Aksunə Hüseynova 12 yaş 5 1.30
27. Camal Əhmədov 7 yaş 2 0.95
28. Mehdi Əhmədov 9 yaş 4 1.10
29. Emil Hüseynov 12 yaş 6 1.25
30. Orxan Bayramlı 11 yaş 3 1.25
31. Yusif Bayramzadə 9 yaş 2 1.10
32. Nofəl Bayramov 12 yaş 5 1.50
33. Teymur Bayramov 12 yaş 3 1.30
34. Vüsalə Bayramova 8 yaş 7 0.90
35. Rüqəyya Məlikzadə 9 yaş 4 0.80
36. Cavid Şirvanzadə 11 yaş 7 1.20
37. Məhəmməd Bayramlı 9 yaş 6 1.40
38. Murad Balazadə 10 yaş 5 1.50
39. Nərgiz Aslanova 8 yaş 6 0.80
40. Əminə Nuri 11 yaş 6 0.95
41. Yasin Babayev 9 yaş 12 1.30
42. Abdulqadir Babayev 10 yaş 8 1.15
43. Məcid Mirzəyev 9 yaş 8 0.90

 

SHARE
Şərh yaz