Azərbaycanın 3×3 basketbolu üzrə Superliqasının 5-ci mərhələsi AAAF Park Astarada keçirilib. 9 – Bakıdan 4, Cəlilabaddan 2 və Astaradan 3 – komandanın qatıldığı yarış maraqlı mübarizə ilə yadda qalıb.
Qalib adını Cəlilabad qazanıb. İkinci yeri “Poluxinski Pereulok” (Bakı), üçüncü yeri isə Astaranın “Zirvə” komandaları tutublar. Liqanın ən dəyərli oyunçusu Cəlilabad komandasının üzvü Məmmədov Əkbər seçilib.
Basketbol matçları ilə yanaşı, şut-aut və slem-dank müsabiqələri təşkil olunub. “Shoot-Out Contest” müsabiqəsinin qalibi Cəlilabad komandasının üzvü Camalov Fəxrəddin,
“Slam Dunk Contest” müsabiqəsində isə “Poluxinski Pereulok” komandasının üzvü Məmmədov Əli olub.
Əminliklə söyləmək olar ki, Astarada gün ərzində basketbol bayramı yaşanıb. Oyunları çox sayda azarkeş izləyib. Əyləncəli məqamlarla dolu yarışda sonda qaliblər üçün təltifat mərasimi təşkil olunub.