AAAF Park Astarada atçılıq yarışları təşkil olundu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə atçılara çatıb.

Astara şəhərində yerləşən AAAF Parkın ərazisində Zirvə Beynəlxalq İdman Klublarına məxsus olan atçılıq mərkəzində maraqlı bir yarış baş tutdu. Gözəl Qarabağ və Ərəb atlarının izləmək üçün tribunalara toplaşan tamaşaçılar gördüklərindən razı qaldılar. Çaparlar həm sürət, həm də duruşları ilə alqışlara səbəb olan atlarla əvvəlcə cıdırı dövrə vurdular, baxımlı hərəkətlərlə yadda qaldılar. Astara bulvarı boyu salınmış möhtəşəm AAAF Parkda qurulan bu cıdır həqiqətən də gözəl məkan kimi göz oxşayır.

Sonra isə yarışlara start verildi. Finalda çaparlar finiş xəttinə ən tez çatan, ən sürətli atı müəyyən etməli idilər. İzləyicilər gözlənildiyi kimi, son metrlərə qədər maraqlı mübarizəyə şahid oldular. Sonda Orxanbəy Hacıyev bütün rəqiblərini qabaqlayaraq qalib adını qazandı. Gümüş medala Tural Abdullayev, Bürünc medallara isə Sadiq Cəfərli və Orxan Əsgərzadə layiq görüldülər.

Mükafat qazanan çaparlara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz