Oktyabrın 3-5-i tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə Azərbaycan Kuboku keçirildi. Bakı və ölkənin müxtəlif regionlarından gələn atletlər benç-press, dedlift və oturub-durma hərəkətlərini xüsusi geyimli və geyimsiz növlərdə edərək medallar uğrunda mübarizə aparıblar. Yüzdən çox idmançının qatıldığı Kubokun iştirakçıları içərisindən dünya və Avropa çempionları, dünya rekordçuları da vardı. Azərbaycan Gənclər və İdman Nazirliyi, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun təşkilati dəstəyi ilə yüksək səviyyədə keçirilən bu turnir çox maraqlı alındı.
Sizə yarışın ilkin nəticələrini təqdim edirik. Tam məlumatlar ən yaxın zamanda sizə təqdim ediləcədkri. Aşağıda çəkilər üzrə mütləq qaliblərin adları ilə tanış ola bilərsiniz:
Qadınlar
48 kq – Quliyeva Elnarə
60 kq – Mirəliyeva Aytən
Kişilər
52 kq – Göyüşov Göyüş
60 kq – Həsənov Rauf
67,5 kq – Rzayev İsax
75 kq – Həsrətov Zərdüşt
82,5 kq – Əhmədov Kamil
90 kq – Məmmədov Gündüz
100 kq – Niftəliyev Elmin
110 kq – Xəlilov Adil
125 kq – Mərdanov Vüsal
140 kq – Fərzəliyev Fuad