Mərkəzi bazası “AAAF PARK Yaşayış Kompleksi” olan “Zirvə” İdman Klubunun yetirmələri 2013-cü ildə bir çox uğurlara imza atdılar. Beynəlxalq yarışlarda vətənimizə 32 medal gətirən ağır atletlərimiz içərisində xüsusilə fərqlənənlər oldu. “AAAF PARK” jurnalı “Zirvə” İdman Klubu üzvlərində seçilən 2013-cü ilin 12 ən güclü idmançısını seçib. Onları sizə təqdim edirik:
2013-CÜ İLİN ƏN YAXŞI İDMANÇILARI:
1. Firudin Quliyev – Kazan Universiadasının və 2-ci Beynəlxalq Bakı Qran-Prisinin qalibi, gənclər və böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, gənclər arasında dünya və Avropa rekordunun, Universiada rekordlarının sahibi.
2. Zülfüqar Süleymanov – Böyüklər arasında Avropa çempionatı və İslam Oyunlarının bürünc mükafatçısı.
3. Əliquluzadə Elxan – Gənclər arasında Avropa çempionu
4. İmanzadə Rüstəm – Yeniyetmələr arasında Avropa çempionu, 3-cü Beynəlxalq Uşaq İdman Oyunlarının qalibi, Yeniyetmələr arasında (U-15) Avropa rekordunun sahibi.
5. Əliyev Emil – Veteranlar arasında Avropa çempionatının qalibi
6. Hümbətli Aftandil – Veteranlar arasında 8-ci Ümumdünya Oyunlarının bürünc mükafatçısı
7. Əliquliyev Teymur – Veteranlar arasında Avropa çempionatının bürünc mükafatçısı
8. Məmmədli Məhəmməd – Yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı
9. Əliquliyev Kənan – Yeniyetmələr arasında (U-15) Avropa çempionatının gümüş mükafatçısı
10. Əlizadə Gülçin – Yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalçısı
11. Məhərrəmova Mərziyyə – Yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalçısı
12. Rzazadə Ruslan – 3-cü Beynəlxalq Uşaq İdman Oyunlarının qalibi.
[nggallery id=154]