“AAAF Park” jurnalı klubumuzun 2013-cü ildə ən yaxşı məşqçilərini seçdi

aaaf-park-logox2

Mərkəzi bazası “AAAF PARK Yaşayış Kompleksi” olan “Zirvə” İdman Klubunun yetirmələri 2013-cü ildə bir çox uğurlara imza atdılar. Beynəlxalq yarışlarda vətənimizə 32 medal gətirən ağır atletlərimiz bu qələbələri məşqçilərinin böyük əməyi hesabına qazandılar. “AAAF PARK” jurnalı olaraq “Zirvə” İdman Klubu üzvlərindən seçilən, 2013-cü ilin 3 ən güclü məşqçisini seçdik. Onları sizə təqdim edirik:

2013-CÜ İLİN ƏN YAXŞI MƏŞQÇİLƏRİ:

1. KƏRİMLİ KƏRİM – Tələbələri: Firudin Quliyev (Kazan Universiadasının və 2-ci Beynəlxalq Bakı Qran-Prisinin qalibi, gənclər və böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, gənclər arasında dünya və Avropa rekordunun, Universiada rekordlarının sahibi) və Məhərrəmova Mərziyyə (Yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalçısı).
2. ƏLİQULİYEV TEYMUR – Tələbələri: Əliquluzadə Elxan (Gənclər arasında Avropa çempionu) və Əliquliyev Kənan (Yeniyetmələr arasında (U-15) Avropa çempionatının gümüş mükafatçısı).
3. QASIMOV ANAR – Tələbələri: İmanzadə Rüstəm (Yeniyetmələr arasında Avropa çempionu, 3-cü Beynəlxalq Uşaq İdman Oyunlarının qalibi, Yeniyetmələr arasında (U-15) Avropa rekordunun sahibi) və Rzazadə Ruslan (3-cü Beynəlxalq Uşaq İdman Oyunlarının qalibi).

IMG_1547 _DSC0164 DSC_0108

 

SHARE
Şərh yaz