AAAF Parkda Pauerliftinq üzrə Azərbaycan çempionatı keçiriləcək

pauerliftinq

Sentyabrın 26-27-də AAAF Park Yaşayış Kompleksində daha bir idman yarışı keçiriləcək. Kompleksimizin əsas yarış zalında Pauerliftinq üzrə Azərbaycan çempionatı baş tutacaq. İki gün davam edəcək turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparacaqlar.
“Zirvə” Beynəlxalq İdman Klubu və AAAF Park Yaşayış Kompleksinin bu idman növünə təşkilati dəstək verməsi artıq ənənə halını alıb. Belə ki, artıq 3 ildir ki, Pauerliftinq üzrə Azərbaycan çempionatı məhz bizim kompleksdəki zalda keçirilir. Biz bu siyasəti yenə də davam etdirmək, inkişaf üçün əlimizdən gələni əsirgəməmək fikrindəyik.
Hamını sentyabrın 26-27-də AAAF Park-ın əsas yarış zalında çempionatı izləməyə dəvət edirik.

SHARE
Şərh yaz