Sentyabrın 24-25-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə Azərbaycan Kuboku keçiriləcək. Artıq bu idman növü üzrə turnirlərin bizə tanış məkanda keçirilməsi bir ənənə halını alıb. “Zirvə” Beynəlxalq İdman Klubu pauerliftinqə təşkilati dəstəyini verməkdə davam edir.
Azərbaycanın ən güclülərinin toplaşdığı Kubokda 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparması nəzərdə tutulub. Yarışın əsas məqsədi ölkənin ən güclü paurliftinqçilərinin adına aydınlıq gətirmək, həmçinin noyabrda ABŞ-ın Yeni Orlean şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq və ən yaxşıların seçilməsidir.
Hamını sentyabrın 24-25-də bu maraqlı turniri izləməyə dəvət edirik.