Sentyabrın 24-25-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə Azərbaycan Kuboku keçirilib. Artıq bu idman növü üzrə turnirlərin bizə tanış məkanda keçirilməsi bir ənənə halını alıb. “Zirvə” Beynəlxalq İdman Klubu pauerliftinqə təşkilati dəstəyini verməkdə davam edir.
Azərbaycanın ən güclülərinin toplaşdığı Kubokda ölkənin 15 regionundan 100-dən çox qadın və kişi atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparıb. Yüksək təşkilatçılıq səviyyəsi ilə seçilən yarışda həmçinin bir neçə ölkə və beynəlxalq rekord yenilənib. Tamaşaçılar çox maraqlı rəqabətə şahidlik ediblər. Həmişə olduğu kimi yenə də bir idman bayramı yaşanıb. Televiziyaların və digər KİV-lərin marağına səbəb olması da təbii qarşılanıb.
Yarışın əsas məqsədi ölkənin ən güclü paurliftinqçilərinin adına aydınlıq gətirməklə yanaşı, noyabrda ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq və ən yaxşıların seçilməsi idi. Əminliklə söyləmək olar ki, ən yaxşılar özlərini göstərə bildi və uğur qazanacaq atletlərin adlarına aydınlıq gəldi.
Açılış mərasimi də təntənəli keçirildi. İlk olaraq, səhnədə söz demək üçün Bakı Şəhərə Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verildi. O, ölkəmizdə bütün idman növlərinə, həmçinin pauerliftinqə yaradılan şərait, dövlət diqqət və qayğısı haqda danışdı, ulu Öndər Heydər Əliyevin başlatdığı idman siyasətinin hazırda da layiqincə davam etdirildiyini qeyd etdi. Natiq yarışın keçirildiyi məkanın rəhbərliyinə belə şəraitə görə də minnətdarlıq edərək, bu təşəbbüslərin daima alqışlanacaq bir hal olduğunu bildirdi.
Daha sonra söz “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərova verildi. O, əsas mütəxəssisi olduğu ağır atletika ilə yanaşı, həm klub, həm də AAAF holdinq şirkəti olaraq pauerliftinqə də daima diqqət göstərdiklərini, bundan məmnunu olduqlarını dilə gətirdi. Azərbaycan güc idman növlərinə olan marağın artırılması, təbliği və miqyasının genişləndirilməsinin vacibiliyini qeyd edən Heydərov, bundan sonra öz dəstəklərinin davam edəcəyini dedi.
Son olaraq Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi Qadir Məmmədov söz aldı. O, qardaşlaşmış idman növləri – ağır atletika və pauerliftinqin birgə fəaliyyətindən danışdı, idmançılar və federasiyalar arasındakı dostluqdan məmnunluq ifadə etdi. Babayev AAAF Park Yaşayış Kompleksi, “Zirvə” Beynəlxalq İdman Klubu və xüsusilə də onun rəhbəri Tofiq Heydərova diqqətindən dolayı minnətdarlıq etdi.
Baş katib yarışları açıq elan etdi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions