Abşeron mərhələsi başa çatdı – NƏTİCƏLƏR+FOTOLAR

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələsi yanvarın 26-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında start götürüb. İkinci yarış günü – yanvarın 27-də körpücük üzərinə 2001, 2000 və 1999 və daha yaşlı kişilər çıxıblar. Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan 54 atlet medal mübarizəsi aparıb. Qalib və mükafatçılar Sinkleyr cədvəli ilə müəyyən edilib, medal və diplomlar təqdim olunub.
İki gün ərzində 150-dən çox atlet Abşeron mərhələsində qüvvəsini sınamış oldu.
Seçmə mərhələ yarışları Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulublar. 29-30 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yanvarın 27-də bütün yaş qrupları üzrə keçirilən yarışıların nəticələri ilə aşağıda tanış ola bilərsiniz:

NƏTİCƏLƏR – 27 YANVAR 2017-Cİ İL

SHARE
Şərh yaz