Oktyabr ayının 30-da sambo üzrə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Sabir Hüseynovun xatirəsinə həsr olunmuş Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda “Abşeron-Zirvə” təmsilçiləri də mübarizə aparıblar. Mütəxəssis Elməddin Əhmədovun rəhbərliyi altında idmançılarımızı uğurlu çıxışla yadda qalıblar.
46 kq çəki dərəcəsində Turac Vəlizadə, 49 kq-da Nurəddin Davudov, 53 kq-da isə Xalid Məmmədov və Rəvan Mirzəli bürünc medal qazanıblar.
Təbrik edirik!