“Abşeron Zirvə” region birinciliyində çempion oldu!

“Zirvə” Beynəlxalq İdman Klublarının cüdoçularının növbəti qələbələrini qazanıblar. Bu dəfə uğurlu çıxış bölgədə baş tutub.
Xaçmaz şəhərində keçirilən “Şimal-Şərq” bölgəsi üzrə regional çempionatda Qusar, Xaçmaz, Abşeron, Şabran, Xızı, Quba və Siyəzəndən olan 200-ə yaxın idmançı mübarizə aparıb. İki yaş qrupunda keçirilən region birinciliyində təcrübəli mütəxəssislər – Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında “Abşeron-Zirvə” komandası yarışa qatılıb. Təmsilçilərimiz əla çıxış edərək 21 medal – 7 qızıl, 7 gümüş və 7 bürünc medalla bu turnirin ən güclüləri olduqlarını sübut ediblər.
2003-05-ci il təvəllüdlü cüdoçuların yarışında oğlanlarda 46 kq çəki dərəcəsində Emin Həsənov 1-ci, Nürəddin Davudov 3-cü yeri, 50 kq çəki dərəcəsində Murad Əliyev 1-ci, Alper Məmmədgil 2-ci yeri, 55 kq çəki dərəcəsində Qaçay Əhmədov 1-ci yeri tutub. Qızlarda isə 52 kq çəki dərəcəsində Nuray Quliyeva 1-ci yeri tutub. Bu nəticələrlə “Zirvə” özünün “Neftçi”, Qusar, Xaşmaz, Şabran və Qubadan olan rəqiblərini üstələyərək komanda hesabında 1-ci yeri tutub.
2006-08-ci il təvəllüdlü cüdoçuların yarışında oğlanlarda 30 kq çəki dərəcəsində Nəcəf Nəsrullayev 3-cü, 34 kq-da İlkin Nuriyev 3-cü, 38 kq-da Nihad Sultanlı 1-ci, Səid Səidov 3-ci, 42 kq-da Xalid Məmmədov 1-ci, 46 kq-da Səməd İskəndərzadə İsmayıl Rəhimov 2-ci, Hikmət Nəhmətzade 3-cü, 55 kq-da Elmir Davudov 3-cü yeri, 60 kq-da Əziz Məmmədli 3-cü yeri tutub.
Bu yaş qrupunda qızlarda isə 28 kq çəki dərəcəsində Hüsna Səmədli 1-ci, 32 kq-da Nərmin Soltanova, 36 kq-da Nuray Nəzərli 2-ci yeri tutublar.
Bu yaş qrupunda da “Abşeron-Zirvə” cüdoçuları komanda hesabında hamını qabaqlayaraq çempion adını qazanıb. Kollektivimiz Şabran Siyəzən, Xaçmaz, Qusar, Quba və Xızıdan olan rəqibləri üzərində böyük qələbə əldə ediblər.
Bu gözəl qələbəni qazanan idmançılarımız və onların məşqçilərini təbrik edir, bizi sevindirdikləri üçün təşəkkür edirik! Səsiniz daima zirvələrdən gəlsin!

SHARE
Şərh yaz