Dekabrın 26-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə Beynəlxalq İdman Klubları”nın güləş üzrə yeniyetmələr arasında açıq birinciliyi keçirilib. Yarışda 8 komandanın 100-ə yaxın idmançısı döşək üzərinə çıxaraq mübarizəyə qoşulublar. Bunlar FHN, “Dinamo”, “Pəhləvan”, “Cəngi”, ROİL, “Qəbələ”, “Zaqatala” və “Zirvə” olub.
Klubumuz baş məşqçi Elvin Aslanovun rəhbərliyi altında uğurla çıxış edib. Güləşçilərimiz 8 medalla – 5 qızıl, 2 gümüş və bir bürünc medalla komanda hesabında 1-ci yeri tutublar.
23 kq. İslam Kaltayev – qızıl medal
23 kq. Bilal Həsənov – gümüş medal
26 kq. Həsən Kazımı – bürünc medal
28 kq. Asif Zeynalov – gümüş medal
35 kq. Fərid Əliyev qızıl medal
38 kq. Füzuli Rzaquliyev – qızıl medal
42 kq. Yusuf Nəcəfli – qızıl medal
44 kq. Azad Əsgərov – qızıl medal.
Təbrik edirik!