Ağır atletika beşnövçülüyü üzrə beynəlxalq turnir keçiriləcək

zirve_dekabr_2016-page-011Dekabrın 19-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika beşnövçülüyü üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda Ukrayna, Moldova İran və Azərbaycandan olan atletlər körpücük üzərinə çıxacaqlar. Beş növ üzrə keçirilən yarışda aşağıda qeyd olunan hərəkətlər üzrə mübarizə gedəcək:
1. Birdən qaldırma
2. Təkanla qaldırma
3. Ağırlıqla oturub-durma
4. Uzanaraq ağırlığın sinədən sıxılması
5. Ağırlığı dartma.
Sınaq yarışları uğurla keçən bu yeni idman növündə bu yarışda hər növ üzrə ayrıca qalib və mükafatçılar müəyyən ediləcək. Üstəlik, hər atletin istədiyi hərəkətdə yarışmaq, digərlərindən imtina etmək hüququ vardır və bütün növlərdə iştirak məcburiyyəti yoxdur. Məqsəd Azərbaycanda və dünyada güc idman növlərinin inkişafına təkan vermək, sağlam gənc nəslin yetişdirilməsinə dəstək olmaqdır. İlk dəfə beynəlxalq səviyyədə keçiriləcək.

SHARE
Şərh yaz