Fevralın 11-14-ü aralığında AAAF Park Yaşayış Kompleksinin yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışda Azərbaycanın bütün bölgələrindən idmançıların iştirak edəcəyi gözlənilir. Fevralın 11-i gəlmə günüdür. Yarış fevralın 12-də start götürəcək.
Çempionatda “Zirvə” İdman Klubu da geniş heyətlə iştirak edəcək. Turnir həm də qarşıdakı Avropa çempionatı öncəsi sınaq xarakteri daşıyır.