17-18 noyabr tarixlərində “Sumqayıt-Zirvə” İdman Klubunun zalında “17 noyabr – Milli Dirçəliş günü”nə həsr edilmiş ağır atletika üzrə 2003-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında açıq şəhər birinciliyi keçirilib. Yarışda “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və “Zirvə”nin 36 ağır atletləri iştirak edib. İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Arzu Qədimova (40 kq), Günel Muxtarlı (45 kq), Zəhra Niftəliyeva (49 kq) və Həcər Rəfili (64 kq) qızlar arasında, Raman Əmrahlı (33 kq), Turan Əliyev (36 kq), Azər Mənsimov (39 kq), Fərid Mərdanov (45 kq), Fuad Qədimov (49 kq), Mərdan Mərdanov (55 kq), Cavidan Muxtarlı (61 kq), Murad Əliyev (67 kq), Rəbbani Niftəliyev (73 kq), Murad Babazadə (81 kq) və Əli Şükürlü (89 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal və kuboku ilə təltif olunmuşlar.
Neftçala rayonunun Xolqarabucaq kəndinə yerləşən idman zalında “17 noyabr – Milli Dirçəliş günü”nə həsr edilmiş ağır atletika üzrə “Neftçala-Zirvə” İK-nın açıq birinciliyi keçirilib. Öz yaş qruplarında Kazımov Ramiz, Səfərov Elmar, Məlikov Ziya, Abdullayev Elbrus, Mamayev Yaşar, Həsənov Tarif, Xəlilov Kənan və Tağyev Əvəz qalib adını qazanıblar.