Goyanq (Koreya) 20-28 noyabr 2009
Koreyada keçirilən dünya çempionatında Azərbaycan Respublikası 7 idmaçı ilə təmsil olunmuşdur. Tam heyətlə çıxış etməsinə baxmayaraq Milli yığma komanda tarixdə ilk dəfə olaraq dünyanın 6 ən güclü komandası sırasına daxil ola bilmişdir. Yanko Rusevin komandası dünyanın bir çox güclü dövlətlərini geridə qoyaraq 4-cü yerə çıxmışdır. komandamızın üzvləri Sərdar Həsənov və Turan Mirzəyev son anda yarışa qoşula bilməmişlər. London Olimpiya oyunlarında tam heyətlə çıxış etməyə iddialı olan komandamızın 4 üzvü dünyanın 6 ən güclü idmançı sırasına düşərək,medallar uğrunda gərgin mubarizə aparmışlar.
94 kq çəki dərəcəsində çıxış edən komandamızın kapitanı Nizami Paşayev 387 kq (177kq+210kq) nəticə
göstərərək iki hərəkətin cəminə görə 2-ci yerə çıxmışdır. Abşeron təmsilçisi ikiqat dünya çempionu ikinci dəfə dünya çempionatlarında gümüş medala layiq görülmüşdür. Nizami ilə eyni çəki dərəcəsində çıxış edən 22 yaşlı
Lənkəran ağır atletika məktəbinin yetirməsi Rövşən Fətullayev isə 380 kq (170kq+210kq) nəticə göstərərək 6-cı yerə çıxa bilmişdir. Gənc atlet uğurlu çıxış edərək təkanla qaldırmada 3-cü yerə 1 kq uduzaraq 4-cü olmuşdur. Məşqçi Məmməd Məmmədovun yetirməsinin bu çıxışı onun dünya çempionatlarında göstərdiyi ən uğurlu nəticədir.
85 kq çəki dərəcəsində son avropa çempionatının gümüş mükafatçısı İntiqam Zairovun çıxışıda uğurlu olmuşdur. O avropa çempionatında göstərdiyi nəticəni 6 kq artıraraq 373 kq (170kq+203kq) nəticə ilə 5-ci olmuşdur. Əməkdar məşqçi Maksum Xasanovun yetirməsi də dünya çempionatlarında ən uğurlu nəticəsinə nail olmuşdur.
62 kq çəki dərəcəsində isə komandanın Sumqayıt ağır atletika məktəbinin yetirməsi Zülfüqar Süleymanov layiqincə təmsil edə bilmişdir. Çempionlar ailəsinin layiqli davamçısı 298 kq (133kq+165kq) nəticə göstərərək 6-cı yerə çıxa bilmiçdir. Avropa və dünya çempionu Hafis Süleymanovun yetirməsi avropa çempionatında göstərdiyi nəticəni 13 kq artıraraq avropadan olan bütün atletlərdən xeylı üstün olmuşdur. Son avropa çempionatının gümüş mükafatçısı bu çəki dərəcəsində qardaşı Elxan Süleymanova məxsus olan Azərbaycan rekordunu təzələmişdir.
69 kq çəki dərəcəsində dünya və avropa çempionatının bürünc mükafatçısıƏfqan Bayramov 304 kq (134kq+170kq) nəticə göstərərək dünyanın 10 ən güclü idmançısı sırasına düşə bilmişdir. Məşqçi Soltan Kərimovun yetirməsi komandaya layiqli xallar qazandırmışdır.
105 kq çəki dərəcəsində çıxış edən Əlibəy Səmədov 362 kq (162kq+200kq) nətcə göstərərək 12-ci ola bilmişdir. Paytaxt təmsilçisi ilk dəfə idi ki, bu çəki dərəcəsində iştirak edirdi.