Naxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Mayın 25-də körpücük üzərinə ilk olaraq yaşı 55-59 arası (M55 qrupu) olan kişilər medal mübarizəsinə qoşulublar. Onların içərisində iki Azərbaycan atleti də olub. Onlardan Azad Nurməmmədov 94 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb.
Akif Alıyev isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 56 kq çəki dərəcəsində qızıl medal qazanmaqla Avropa çempionluqlarının sayını 9-a çatdırıb. 6 qat dünya çempionu olan təcrübəli veteran atletimizin bu nəticələrəi alqışalayiqdir.
Hər iki atletimizi təbrik edirik!
Bütün nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki | Çəki dərəcəsi | Doğulduğu tarix | Yaş qrupu | Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Akif Alıyev | AZE | 55.65 | 56 | 1959 | 55-59 | 75 | 85 | 160 | 250.95 | 360.62 |
1. | Nikolay Samoxvalov | RUS | 68.75 | 69 | 1961 | 55-59 | 80 | 92 | 172 | 231.92 | 321.21 |
1. | Malxazi Lomtadze | GEO | 76.40 | 77 | 1960 | 55-59 | 82 | 105 | 187 | 236.54 | 333.75 |
2. | Covanni Podda | İTA | 76.70 | 77 | 1960 | 55-59 | 85 | 95 | 180 | 227.18 | 320.54 |
1. | Jofre Gilame | FRA | 84.90 | 85 | 1959 | 55-59 | 106 | 127 | 233 | 278.61 | 400.36 |
1. | Miroslav Zijkovski | POL | 85.15 | 94 | 1959 | 55-59 | 97 | 115 | 212 | 253.13 | 363.74 |
2. | Azad Nurməmmədov | AZE | 91.60 | 94 | 1960 | 55-59 | 80 | 111 | 191 | 220.37 | 310.94 |
3. | Gia Tsirekidze | GEO | 87.35 | 94 | 1961 | 55-59 | 77 | 103 | 180 | 212.27 | 294.00 |
1. | Mixael Tolkaçov | İSR | 104.2 | 105 | 1959 | 55-59 | 90 | 102 | 192 | 210.43 | 302.39 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions