Akif Alıyev dünya çempionu oldu!

akif-1Almaniyanın Haynşaym şəhərində Usta Ağır Atletlər arasında dünya çempionatı keçirilir. 1-8 oktyabr tarixlərində davam edəcək yarışda yüzə yaxın ölkədən 900-dən çox atlet mübaizə aparır. İştirakçılar arasında Azərbaycan milli komandasının bri üzvü də var. Bu gün M-55 yaş qrupunda 56 kq çəki dərəcəsində Akif Alıyev mübarizəyə qoşulub.
Atletimiz birdən qaldırmada 67 kq, təkanla qaldırmada isə 80 kq-ı qaldırıb. Toplam 147 kq (67+80) nəticə göstərən atletimiz dünya çempionu adını qazanıb.
Akif müəllimi təbrik edir, mütəmadi qələbələri ilə bizi sevindirdiyinə və gələcək nəslə nümunə olduğuna görə təşəkkür edirik!

SHARE
Şərh yaz