Avqustun 03-10-u tarixlərində İtaliyanın Turin şəhərində Veteran idmançılar arasında keçirilən VIII Ümumdünya Oyunları davam edir. Milli komandamızın üzvlərindən daha biri körpücükü üzərinə çıxıb.
Belə ki, kişilər arasında 45-50 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində SSRİ İdman Ustası Akif Alıyev mübarizə aparıb. Veteran atletimiz 167 kq (75+92) nəticə ilə Oyunların gümüş medalını qazanıb. Qızıl medal isə rus Muhadi Sedayevə – 177 kq (83+94) – qismət olub.
Akif Alıyev – SSRİ İdman Ustası, VII Ümumdünya Oyunlarının qalibi, 4 qat Dünya (2007, 2009, 2010, 2011) 6 qat Avropa çempionu (2007, 2009, 2010, 2011, 2012, 2013), Ustalar arasında Ümumdünya Oyunlarında (2009) 7 dəfə, Dünya çempionatlarında isə 6 dəfə rekordların müəllifi – çəki dərəcəsi – 56 kq, yaş qrupu – 50-54 (M-4), Dünya və Avropa rekordçusudur.
Onu gümüş medal qazanması münasibətilə təbrik edir, qələbələrinin davamının gəlməsini arzulayırıq.
Digər idmançılarımız hələ körpücük üzərinə çıxmayıblar.