Aleks Li ABŞ rekordunu yenilədi

12042868_909248949129930_9212406924876048910_n

Sentyabrın 25-27-də ABŞ-ın Yuta ştatındakı Oqden şəhərində Tələbələr arasında ağır atletika üzrə ölkə çempionatı keçirilib. “Veber Dövlət Universiteti”nin yarış zalında keçirilən turnir həm də noyabrda keçiriləcək böyüklər arasında Dünya Çempionatına sınaq xarakteri daşıyıb.
136 qadın və 282 kişi atletin iştirak etdiyi çempionatda “Zirvə”nin Finiks filialının nümayəndəsi, “Zirvə Kuboku”nun iştirakçısı Aleks Li də çıxış edib. 69 kq çəki dərəcəsində mübarizə aparan idmançı böyük qələbə qazanıb. O, toplam 308 kq (133+175) nəticə ilə qızıl medala sahib çıxıb. Üstəlik, bu nəticə həm də 69 kq-da toplamda ABŞ rekordudur. Aleksin nümayiş etdirdiyi çıxış yığma komanda məşqçilərinin də nəzərindən yayınmayıb. Yerli mətbuata inansaq, Li bu qələbə ilə adını yığma komandanın siyahısına saldıra bilib və Dünya çempionatında çıxış edəcəyi dəqiqləşib.
Təbrik edirik!

SHARE
Şərh yaz