Allahyar Abışov 10-cu oldu

allahyar medal

Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında milli komandamızın daha bir üzvü yarışa qatılıb. 62 kq çəki dərəcəsində Allahyar Abışov qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırma hərəkətində 121 kq, təkanla qaldırma hərəkətində isə 142 kq-ı ram edib. Toplam 263 kq (121+142) nəticə göstərən Abışov ümumi sıralamada 10-cu yeri tutub.

SHARE
Şərh yaz