Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı start götürüb. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulacaq. Qadınlar 7 (48 kg, 53 kg, 58 kg, 63 kg, 69 kg, 75 kg, +75 kg), kişilər isə 8 (56 kg, 62 kg, 69 kg, 77 kg, 85 kg, 94 kg, 105 kg, +105 kg) çəki dərəcəsində yarışacaqlar.
Avropa çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Onlardan ilk olaraq Allahyar Abışov körpücük üzərinə çıxıb. Atletimizin şəxsi çəkisi son nəticədə vacib amilə çevrilib.
Belə ki, Abışov həm birdən, həm də təkanla qaldırma hərəkətində 4-cü yeri tutub. Baxmayaraq ki, o, 3-cü yeri tutan bolqarıstanlı rəqibi ilə eyni çəkini qaldırıb. Abışov birdən qaldırmada 118, təkanla qaldırmada 143 kq nəticə göstərib. Şəxsi çəkisi rəqibindən cəmi 5 qram artıq olduğundan Allahyar bu hərəkətlərdə fəxri kürsüyə qalxa bilməyib.
Amma yekun sıralamada vəziyyət fərqli olub. Abışovla toplamda 261 kq nəticə göstərib. Daha ikii nəfər – bolqar və belaruslu rəqibləri də eyni çəkinin hödəsindən gəldiklərindən maraqlı durum yaranıb. Allahyarın şəxsi çəkisi (61,50 kq) bolqar Stilyan Qrozdevdən (61,45 kq) çox, belarus İlya Janovskidən (61,85 kq) isə az olub. Bu səbəbdən də Allahyar Abışov Avropa çempionatının bürünc medalına medalına sahib çıxıb.
Onu təbrik edir, qarşıdakı yarışlarda uğurlarının davamını gəlməsini arzulayırıq!