Allahyar Abışov gümüş medal qazandı

all abi

12-17 mart tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı start götürüb. “Zirvə” İdman Klubu öz beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində bu mötəbər turnirə sponsorluq etmək qərarına gəlib. Bu yolla tək Azərbaycan deyil, həm də Türkiyə və dünya ağır atletikasına dəstək vermək məqsədi güdən klubumuz bu siyasətini davam etdirəcəkdir.

Yarışın özünə gəlincə, ölkəmizi 6 idmançı təmsil edir.

Kişi yığmamızın heyətində 5 ağırlıqqaldıran yer alıb ki, onlardan ikisi Məhəmməd Məmmədli (62 kq) və Elşad Şərifov (77 kq) “Zirvə” İdman Klubunun yetirmələridir. Digər üç atlet isə Allahyar Abışov (56 kq), Rauf Nəbiyev (69 kq) və Həmid Qocayevdir (85 kq).
Qadınların yarışında isə cəmi bir atlet Azərbaycan bayrağını fəxri kürsüdə dalğalandırmaq üçün mübarizə aparacaq. Bu, “Zirvə” İdman Klubunun nümayəndəsi Elnarə Abbasovadır (58 kq).

Artıq milli komandamızın bir üzvü körpücük üzərinə çıxıb və uğur qazanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Allahyar Abışov 231 kq (104+127) toplam çəki qaldıraraq gümüş medal qazanıb. Fəxr kürsünün ikinci pilləsinə qalxan həmyerlimiz yalnız iraqlı həmkarı – 246 kq (109+137) nəticə götərən Əli Əhməddən geri qalıb.

Abışovu gümü medal münasibətilə təbrik edir, daha böyük uğurlar qazanmasını arzulayırıq!

ISLAMİC SOLIDARITY SPORTS FEDERATION 3 rd WEIGHTLIFTING CHAMPIONSHIPS          10 – 18 MARCH ANTALYA
KATEGORİ : 56 KG MEN          
NO BIRTH DATE NAME -SURNAME COUNTRY BODY WEIGHT SNATCH CLEAN&JERK TOTAL PLACE
3 1994 ALİ AHMED IRAQ 55.51 109 137 246 1
1 1995 ALLAHYAR ABESHEV AZERBAİJAN 55.81 104 127 231 2
2 1992 İSMET ALGÜL TURKEY 55.19 105 125 230 3
4 1993 ŞEVKET KARDEŞ TURKEY 55.83 105 126 231 OOC
5 1994 EMRAH ÇALIŞKAN TURKEY 56 105 121 226 OOC
SHARE
Şərh yaz