28 may-04 iyun 2011-ci il tarixlərdə Almaniyanın Haynşayn şəhərində Usta Ağır Atletlər arasında (21-ci kişi 19-cu qadın) Avropa çempionatı keçiriləcəkdir. Ölkəmizi bu mötəbər yarışda aşağıda adları qeyd olunan usta idmançılar təmsil edəcəklər.
2 qat Dünya, 3 qat Avropa və VII Ümumdünya Oyunlarının qalibi Dünya rekordçusu Akif Alıyev M-4 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində, Dünya və Avropa çempionatının gümüş mükafatçısı, Natiq Ağayev M-3 yaş qrupu üzrə 105 kq çəki dərəcəsində, Kərimov Ağakərim M-1 yaş qrupu üzrə +105 kq çəki dərəcəsində, Tağıyev Zəfər isə M-1 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində çıxış edəcəklər.
Milli yığma komandanın Baş məşqçisi Oktay Muxtarovdur.
Nümayəndə heyətinin rəhbəri Natiq Ağayev 02 iyun tarixində Almaniyanın Haynşayn şəhərində Usta Ağır atletlərin Avropa Komitəsi tərəfindən təşkil olunacaq konqresdə 2012-ci ildə LƏnkəran şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq barədə məruzə edəcəkdir.
Nümayəndə heyəti 05 iyun 2011-ci il tarixində vətənə dönəcəklər.